Erməni deputatlar arasında əlbəyaxa dava düşdü

Erməni deputatlar arasında əlbəyaxa dava düşdü
  20 Dekabr 2017    Oxunub:2285
Ermənistan parlamentində deputatlar arasında dava olub.

AzVision.az “1in.am” saytına istinadən xəbər verir ki, iqtisadi məsələlər üzrə parlament komissiyasının üzvü David Munakyanın kabinetində “Çarukyan” blokunun parlament fraksiyasının üzvləri Artur Manukyanla Sergey Baqratyan arasında dava baş verib.
Davaya səbəb deputatlardan birinin yeni Məhkəmə Məcəlləsi ilə bağlı qanun layihəsinin lehinə səs verməsi olub.

Deputatlar David Manukyan və Hrant Madatyan 10-15 dəqiqə ərzində dava edən həmkarlarını ayıra bilməyiblər. Dalaşan erməni deputatlar münasibətləri parlamentdən kənarda ayırd edəcəklərini deyiblər.

Deputatların davasına “Çarukyan” qrupunun lideri Qaqik Çarukyanın müdaxilə edəcəyi istisna edilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Deputat   Dava   Parlament  





Xəbər lenti