Ermənistanın Baş Qərargah rəisinin aprel etirafı
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Qərargah rəisi Movses Hakopyan aprel döyüşləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərin "niyə qaytara bilmirik? Təlimat, yoxsa imkanlarımız yoxdur?” sualına Hakopyan cavab verib:
"Yaranmış vəziyyət qəbul edilmiş qərarların nəticəsidir. Bu gün cəbhə xətti bu mövqedən keçir. Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb. Bəzi beynəlxalq təşkilatların və Rusiyanın müdaxiləsi nəticəsində uzunmüddətli müharibənin qarşısı alınıb".
Müsahibə zamanı Hakopyan Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya biləcəyini diqqətə çatdırıb.
"Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzuları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır", - deyə Hakopyan Azərbaycan Ordusundan qorxusunu gizlətməyib.
AzVision.az
Teqlər: Ermənistan Qərargah-rəisi Aprel-döyüşü