Ötən şənbə günü Nayrobidə bir qrup silahlı adamlar dəbdəbəli Westgate ticarət mərkəzinə gələn insanlara hücum ediblər. Hücuma görə məsuliyyəti Əl-Qaidə beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşması üzərinə götürüb.
200 nəfər xilas olunanlardan 175 nəfəri tibbi yardım üçün müraciət ediblər.
Prezidentin sözlərinə görə, əməliyyat zamanı "Əş-Şəbab" yaraqlıların beş nəfəri öldürülüb, daha 11 nəfəri saxlanılıb.