BMT-nin baş katibi: “Münaqişələri həll etmək çətinləşir”

BMT-nin baş katibi: “Münaqişələri həll etmək çətinləşir”
  21 Dekabr 2017    Oxunub:1742
"Münaqişələri həll etmək daha da çətinləşir və uzunmüddətli formada davam edir. Orta hesabla münaqişələr 20 il çəkir"

AzVision.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quttereş Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.
Baş katibin sözlərinə görə, dünyada təhdidlərin sayı nəinki artır, hətta onların xarakteri də dəyişir:

“Silahlı münaqişələrin sayı ümumilikdə azalıb, lakin Yaxın Şərq və Afrikanın bəzi regionlarında onların sayı artıb. Münaqişələri həll etmək daha da çətinləşir və onlar daha uzunmüddətli formada davam edir. Orta hesabla 20 il çəkir. Bu isə o anlama gəlir ki, öz evlərini tərk etməyə məcbur edilən şəxslər doğma yerlərindən daha çox kənarda qalırlar”.

Quttereş qeyd edib ki, münaqişələr daha “mürəkkəb” olmağa başlayır. Çünki bir-biri ilə rəqabət edən silahlı qruplaşmalar ərazi, hakimiyyət və təbii resurslar uğrunda mübarizə aparırlar: "Təkcə Suriyada yüzlərlə silahlı qruplaşmalar var. Bundan əlavə münaqişələr transsərhəd xarakteri daşıyır, terrorizm isə onları bir-biri ilə birləşdirir. Kənardan hərbi və maliyyə dəstəyi münaqişələrin uzanması ilə nəticələnir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMT   Münaqişə  





Xəbər lenti