ABŞ Şimali Koreyaya qarşı müharibəyə hazırlaşır

ABŞ Şimali Koreyaya qarşı müharibəyə hazırlaşır
  21 Dekabr 2017    Oxunub:1384
Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasının raket-nüvə proqramının dayandırılması məqsədi ilə bu ölkəyə zərbə endirmək planı hazırlayır.

AzVision.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Ağ ev son aylarda diplomatik yolla danışıqların istənilən nəticə vermədiyinə görə Koreya yarımadasının nüvə probleminin hərbi yolla həllinə qarşı xeyli fəallaşıb.

Qəzet yazır ki, güc ssenarisinin variantlarından biri də Pxenyanın növbəti raket sınaqlarını keçirənə qədər start meydançasını məhv etməkdir. Bundan başqa silah anbarları da prioritet ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   KXDR  





Xəbər lenti