Maşını piyadaların üstünə sürdü - Xeyli yaralı var

Maşını piyadaların üstünə sürdü - Xeyli yaralı var
  21 Dekabr 2017    Oxunub:2451
Avstraliyanın Melburn şəhərində naməlum şəxs avtomobilini piyadaların üstünə sürüb.
AzVision.az-ın xəbərinə görə, bu barədə Viktoriya ştatı polisinin "Twitter" səhifəsində bildirilib. Qeyd olunub ki, hadisə Flinders küçəsində qeydə alınıb.

Hadisə nəticəsində 19 nəfər xəsarət alıb, 7 nəfər xəstəxanaya aparılıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətlədirilir. Xəsarət alanlar arasında uşaq da var. O, ağır kəllə-beyin travması alıb.

Polis sürücünü saxlayıb. Polis artıq hadisə şahidlərini dindirir və hadisə yerindən uzaqlaşmağı məsləhət görür.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Avstraliya  





Xəbər lenti