AzVision ingilis dilində videoxəbərlərə başladı

AzVision ingilis dilində videoxəbərlərə başladı
  21 Dekabr 2017    Oxunub:10011
AzVision.az-ın ingilis redaksiyası yeni və ciddi bir layihəyə başlayır. Bundan sonra ölkə ilə bağlı mühüm xəbərlər hər gün ingilis dilində video formatda xarici tamaşaçılara təqdim olunacaq.
Məqsəd xarici auditoriyanı Azərbaycanla bağlı informasiyalarla daha yüksək səviyyədə təmin etməkdir. Hazırda dünya mediası audiovizual məhsullara üstünlük verdiyi üçün, biz də bu formatda işləməyi qərara almışıq.

Yaxın zamanlarda AzVision.az-ın digər xarici dillərdə də videoxəbər xidmətləri işə düşəcək.

Qeyd edək ki, AzVision Azərbaycanda 8 xarici dildə operativ xəbərlər yaylmlayan yeganə saytdır.




Teqlər: #AzVision   #Englisn   #İngiliscə-xəbərlər  





Xəbər lenti