Əlikram Hümbətovun Azərbaycan nifrəti - VİDEO

Əlikram Hümbətovun Azərbaycan nifrəti - VİDEO
  25 Sentyabr 2013    Oxunub:2824
Əlikram Hümbətov İrəvanda azərbaycanca suala cavab verməkdən imtina edib.
Özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş Əlikram Hümbətov İrəvanda səfərdədir. BBC-nin məlumatına görə, Əlikram Hümbətov İrəvan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak edib.

Kafedra müdiri Qarnik Asatryan qonağı Talış-Muğan Respublikasının prezidenti kimi təqdim edib.

BBC-nin müxbiri İrəvandan xəbər verir ki, divara naməlum bayraq vurulub, talış dilində oxunan himn çalınarkən hamı ayağa qalxıb və Əlikram Hümbətovu əl çalaraq qarşılayıb. Daha sonra Qarnik Asatryan səslənən musiqinin "Lənkəran himni" olduğunu deyib.

Əlikram Hümbətov BBC müxbirinin azərbaycanca sual vermək cəhdini rədd edib. Professor Asatryan İrəvan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında öz dövlətçiliyi olmayan Şərq xalqlarının tarixi, mədəni irsinin öyrənilməsi üzrə tədqiqatlar aparıldığı haqqında məlumat verib.

O, son illər xüsusilə “talışşünaslıq” üzrə xeyli iş görüldüyünü qeyd edib. İrəvan Dövlət Universiteti İranşünaslıq Kafedrasında professor Qarnik Asatryanın rəhbərliyi altında “Talış xalqının tarixi və mədəniyyəti müqəddiməsi” kitabı, rus dilində “Talış xalq nağılları” çap olunub, talış əlifbası dərsliyi tərtib olunub və İslam Təhqiqatlar Mərkəzi və İmam Əli Tehran Humanitar Təhqiqatlar Mərkəzi ilə birlikdə Müqəddəs Qurandan seçilmiş ayələr talış dilinə tərcümə olunmaqdadır.

Əlikram Hümbətov talış xalqının irsinə diqqətə görə təşəkkürünü bildirib. “Lragir.am” informasiya saytının məlumatına görə, Ermənistana səfəri çərçivəsində Əlikram Hümbətovun Ermənistan ictimai, siyasi və elmi dairələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Bundan başqa, o, iki gün Dağlıq Qarabağda olacağı, Stepanakert Universitetində çıxış edəcəyi planlaşdırılıb.
Əlikram Hümbətov Azərbaycan vətəndaşlığından çıxarılıb və hazırda Hollandiyada yaşayır.



S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti