Mikayıl Cabbarovla görüşmək istəyənlərin nəzərinə

Mikayıl Cabbarovla görüşmək istəyənlərin nəzərinə
  25 Sentyabr 2013    Oxunub:1211
Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşlar Mikayıl Cabbarovla görüşə bilərlər.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 30 sentyabr 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti