İranda güclü zəlzələ - 117 nəfər yaralanıb (Yenilənib)

İranda güclü zəlzələ - 117 nəfər yaralanıb (Yenilənib)
  21 Dekabr 2017    Oxunub:3632
İranın şimal bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 117 nəfər xəsarət alıb.

Yeraltı təkanların episentri Kərəc şəhərindən 17 km cənubda, 7 km dərinlikdə yerləşib.

***

İranda yenidən güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində bir nəfər ölüb, azı 97 nəfər yaralanıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin sədri Mürtəza Salimi məlumat verib.

O, qeyd edib ki, zəlzələ Tehran, Əlborz, Qəzvin, Qum, Gilan və ölkənin digər mərkəzi əyalətlərində hiss olunub.

Saliminin sözlərinə görə, zəlzələ zamanı hamilə qadın güclü həyəcan keçirərək dünyasını dəyişib.

Qeyd edib ki, dekabrın 20-də Tehranın şimal-qərbində Kərəc şəhərinin 17 kilometrliyində 5,2 bal gücündə zəlzələ baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Zəlzələ  





Xəbər lenti