Heydər Əliyevin keçmiş cangüdəni vəfat edib - FOTOLAR

Heydər Əliyevin keçmiş cangüdəni vəfat edib - FOTOLAR
  21 Dekabr 2017    Oxunub:8248
"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov bu gün səhər saatlarında Moskvada dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, onun ölümünə səbəb kimi beyninə qansızması göstərilib.

1950-ci ildə Bakıdan anadan olan Alekseyeviç 1972-ci ildən dövlət təhlükəsizliyi sistemində çalışıb. O, Azərbaycan DTK-sının beşinci şöbəsinin 9-cu bölməsində işləyib. Həmin şöbə Siyasi Büroya namizəd, MK-nın birinci katibi, mərhum prezident Heydər Əliyevin şəxsi təhlükəsizliyinin təminatı ilə məşğul olub.

Qeyd edəki, Aleksandr Alekseyeviç İvanov 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru təyin edilib.





AzVision.az



Teqlər: Heydər-Əliyev   Cangüdən  





Xəbər lenti