Zəlzələ qurbanlarını sayı 200-ü ötdü

Zəlzələ qurbanlarını sayı 200-ü ötdü
  25 Sentyabr 2013    Oxunub:1315
Dağıntılar altında qalanlar olduğundan ölü sayının artacağı istisna edilmir.
Pakistanda dünən baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 217 nəfərə çatıb. 350-dən çox insan yaralanıb. Bu barədə KİV-lər yerli hökumətin bəyanatına istinadən məlumat verir.

Məlumata görə, ən çox ziyan Avaran və onun yaxınlığında yerləşən Bəlucistan şəhərlərinə dəyib, burada evlərin 80 faizi tamamilə dağılıb.

Qeyd edək ki, sentyabrın 24-də baş verən zəlzələ 7,7 bal gücündə olub. Zəlzələnin episentri Avaran şəhərindən 66 km məsafədə 23 km dərinlikdə qeydə alınıb.

Davam edən xiasetmə işlərinə ordu bölmələri də cəlb olunub. Hələ də dağıntılar altında qalanların olduğu bildirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti