Putinə vacib zəng gəldi, təcili iclası tərk etdi

Putinə vacib zəng gəldi, təcili iclası tərk etdi
  21 Dekabr 2017    Oxunub:13941
Rusiya prezidenti Vladimir Putin təcili telefon zənginə görə Mədəniyyət və İncəsənət Şurasının iclasını yarımçıq tərk edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinə kimin zəng etdiyi bilinməyib.
Qeyd edilib ki, bu gün keçirilən iclasda ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri iştrak ediblər.

“Bilirsiniz, məni bağışlamanızı istəyirəm. Məndə xeyli sayda qeyd var, böyük məmnuniyyətlə hamınıza söz verəcəyəm. Lakin indi mən təcili olaraq telefona yaxınlaşmalıyam. Əgər mənim telefonla danışmağıma dair razılıq əldə etsək, onda geri qayıtmağa və yenidən davam etməyə hazıram”, - deyə Putin iclas iştirakçılarına bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin  





Xəbər lenti