BMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı - Yenilənib (VİDEO)

BMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı - Yenilənib (VİDEO)
  22 Dekabr 2017    Oxunub:10471
BMT-nin Baş Assambleyasında Qüdslə bağlı xüsusi sessiya keçirilib.

AzVision.az xəbər verir ki, sessiyada Türkiyə və Yəmənin təqdim etdiyi qətnamə layihəsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrdən sonra qətnamə səsverməyə çıxarılıb. Səsvermə nəticəsində ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə qəbul edilib. Nəticədə BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb.

128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb.

ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb.



Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə qərarını elan edib. Qərar İsrail istisna olmaqla, dünyanın bütün ölkələri tərəfindən etirazla qarşılanıb.

AzVision.az


Teqlər: BMT   Qüds   Qətnamə   İsrail  





Xəbər lenti