Ərdoğandan müsəlmanlara çağırış: "İradənizi dollara satmayın"

Ərdoğandan müsəlmanlara çağırış: "İradənizi dollara satmayın"
  22 Dekabr 2017    Oxunub:1960
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı təhdidlərinə cavab verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan müsəlman ölkələrinə səslənərək pula görə iradələrini satmamağı tapşırıb.

"Bizim qərarımız bəllidir. Bütün dünyaya səslənirəm. Demokratiya mübarizəsində iradənizi dollara satmayın. Bunu əsla etməyin".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılacaq Qüdslə bağlı qətnamədə ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının kəsiləcəyini bəyan edib

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Tramp   Qüds  





Xəbər lenti