Gültəkin Hacıbəylinin maşın maxinasiyası

Gültəkin Hacıbəylinin maşın maxinasiyası
  25 Sentyabr 2013    Oxunub:1328
Bir müddət əvvəl məhkəmə tam qanuni olaraq çıxardığı hökmün icrasının təmin olunması tədbiri kimi Gültəkin Hacıbəylinin iki maşını və bir mənzilinin üzərinə həbs qoyanda, o, bunun guya qanunsuz olduğunu demişdi. Və müsahibə verərək bildirmişdi ki, maşın guya onun yox, ərinindir.

Amma AzVision.az-ın əldə ediyi məlumatlar Hacıbəylinin yalan dediyini ortaya çıxarıb. Belə ki, Baş Dövlət Yol Polisindən verilən rəsmi məlumata əsasən, G.Hacıbəyli «Toyota Avalon» və «LEXUS LX570» markalı avtomobillərin sahibidir və həmin maşınların idarə edilməsi üçün üç nəfər kişiyə etibarnamə verilib. Amma həmin etibarnamələrdə bu kişilərin hansının onun əri olduğu yazılmayıb. Əgər hansısa əridirsə belə, bütün hallarda, maşın onun yox, Gültəkin Hacıbəylinindir.

Yəni xalqı `ağ günə` çıxarmaq iddiasında olan şəxs utanıb-çəkinmədən elə həmin xalqa yalan deyir. Bu yalanların yayılmasında isə Gültəkin Hacıbəyliyə o qəzetlər köməklik edir ki, vaxtilə onun qanunsuz əməllərini ifşa eməklə məşğul idilər.

Məsələn, «Azadlıq» qəzetinin 2-3 oktyabr 2005-ci il tarixli 208(2871)-ci sayında «Azadlıq» blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən vahid namizədi Elçin Rzayevin müsahibəsində oxuyuruq: “…İndi dairənin seçiçilərini ən çox bir məsələ maraqlandırır. Onlar Gültəkin Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü avropalı xanım sayan Gültəkin Hacıyeva, görəsən Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Onun hələ bu əraziyə gəlib əhalinin hansısa problemilə məşğul olduğunu, insaların gün-güzəranı ilə maraqlandığını görən olmayıb. Rayonda onun nüfüzu olduqca aşağıdır. Haqqında uzun-uzadı söz-söhbətlər dolaşır...».

Təəssüf ki, həmin “söhbətlərin” nədən ibarət olduğu açıqlanmayıb, yoxsa, əminik, məqalə daha da maraqlı alınardı. Amma bütün hallarda bir daha xatırladaq ki, bunu yazan `Azadlıq` qəzetidir. İndi Gültəkin Hacıbəyliyə və onun yalanlarına ciddi-cəhdlə dəstək verən qəzet. Görəsən, nə dəyişib?






Teqlər:  





Xəbər lenti