İsrail və ABŞ BMT-nin qərarını qəbul etmədi

İsrail və ABŞ BMT-nin qərarını qəbul etmədi
  22 Dekabr 2017    Oxunub:1950
"Heç bir səsvermə bizim Qüdslə bağlı qərarımızı dəyişməyəcək”
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bildirib.

O, Baş Assambleyada çıxışı zamanı bəyan edib ki, ABŞ öz səfirliyini Qüdsə köçürəcək.

Qeyd edək ki, bu gün BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul edib.

Qətnaməyə İsrailin baş naziri Binyahim Netanhayu münasibət bildirib. O, qərarın qəbuledilməz olduğunu deyib.

AzVision.az



Teqlər: Qüds   ABŞ   İsrail  





Xəbər lenti