Gürcüstan müxalifəti Ermənistanla bağlı təklifə etiraz etdi

Gürcüstan müxalifəti Ermənistanla bağlı təklifə etiraz etdi
  22 Dekabr 2017    Oxunub:2144
Gürcüstan müxalifəti Baş nazir Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verilməsi ilə bağlı təklifini sərt tənqid edib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Baş nazir Georgi Kvirikaşvili parlamentdəki çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər.

Bildirilib ki, bu nəqliyyat dəhlizindən istifadə ilə bağlı Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanmış müqavilədə də xatırlanır. Bu il dekabrın 19-da Berndə Gürcüstanın Gəlirlər Xidməti ilə İsveçrənin SGS kompaniyası arasında bu dəhliz ilə daşınacaq yüklərin monitorinqinin aparılmasına dair müqavilə imzalanıb.

Gürcüstanın əsas müxalifəti hesab olunan “Vahid milli hərəkat” Partiyasının üzvü, Gürcüstan hökumətinin sabiq başçısı Qriqol Vaşadze deyib ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir. Ermənistana öz yüklərini bu dəhlizlə daşımasına icazənin verilməsinin bu müqavilə ilə heç bir əlaqəsi yoxdur.

AzVision.az


Teqlər: Gürcüstan   Ermənistan   Müxalifət  





Xəbər lenti