3 saylı “ASAN xidmət” bu gün işə başladı - FOTOLAR

3 saylı “ASAN xidmət” bu gün işə başladı - FOTOLAR
  25 Sentyabr 2013    Oxunub:13226
Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzi bu gündən fəaliyyətə başlayıb.

AzVision.az xəbər verir ki, mərkəzin xidmətlərindən Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisi yararlanacaq.

3 saylı “ASAN xidmət” mərkəzi Yasamal rayonu, Şərifzadə küçəsi 39 ünvanında (köhnə Yasamal bazarının yerində) yerləşir.

Xatırladaq ki, cənab İlham Əliyevin iştirakı ilə sentyabrın 17-si 3 saylı “ASAN xidmət” mərkəzinin inzibati binasının açılış mərasimi olub.

Ümumiyyətlə, ilin əvvəlindən bu günədək ASAN xidmət mərkəzlərinin sayı 4-ə çatdırılıb. Onlardan 3-ü Bakı Şəhərində, 1-i Sumqayıt şəhərində fəaliyyət göstərir.

ASAN xidmət mərkəzinin fəaliyyətə başladığı 15 yanvar tarixdən bu günədək 500 minədək vətəndaşa xidmət göstərilib.

Bu yaxınlarda Gəncədə də 1 regional ASAN xidmət mərkəzinin yaradılması nəzərdə tutulur.

Qalereya




Teqlər:  





Xəbər lenti