ABŞ-ın pul ayırdığı 5 ölkə Trampa qarşı çıxdı

ABŞ-ın pul ayırdığı 5 ölkə Trampa qarşı çıxdı
  22 Dekabr 2017    Oxunub:3387
ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, bəzi ölkələr BMT-nin Baş Assambleyasının ötən gün keçirilən xüsusi sessiyasında ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə layihəsinin lehinə olduğunu nümayiş etdirib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın maliyyə yardımı ayırdığı İraq, Əfqanıstan, Misir, İordaniya və Pakistan qətnamənin lehinə səs verməklə diqqət çəkib.
Qeyd edək ki, Tramp Qüdslə bağlı ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının dayandırılacağını bəyan etmişdi.

Xatırladaq ki, BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamə ilə Qüds İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Qüds   ABŞ   İsrail   BMT  





Xəbər lenti