Tramp Qüdsə görə qonaqlıq verəcək

Tramp Qüdsə görə qonaqlıq verəcək
  22 Dekabr 2017    Oxunub:1960
BMT-nin Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarını dəstəkləyən, bitərəf qalan və səsverməyə qatılmayan ölkə nümayəndələrinə ziyafət veriləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylenin həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda qeyd olunub.

“ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti 2018-ci il yanvarın 3-də veriləcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamə ilə Qüds İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb.

AzVision.az


Teqlər: ABŞ   BMT  





Xəbər lenti