Duman İrəvanı iflic etdi - Bütün uçuşlar təxirə salındı

Duman İrəvanı iflic etdi - Bütün uçuşlar təxirə salındı
  22 Dekabr 2017    Oxunub:1635
Dumanlı hava şəraiti İrəvanın “Zvartnoç” hava limanının işini çətinə salıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, dumana görə iki gündür İrəvandan uçuşları həyata keçirmək mümkün deyil. “Zvartnoç” hava limanı daxil olan təyyarələri də qəbul edə bilmir.

Məlumata görə, İrəvandan Dubay, Moskva, Doha, Kiyev, Tbilisi, Voronej və Yekaterinburqa planlaşdırılan təyyarə reysləri təxirə salınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Duman   Aeroport  





Xəbər lenti