Ruhani Obama ilə görüşdən imtina etdi

Ruhani Obama ilə görüşdən imtina etdi
  25 Sentyabr 2013    Oxunub:1145
İran prezidenti ilə ABŞ prezidentinin görüşü mürəkkəb məsələdir.
AzVision.az xəbər verir ki, BMT Baş Assambleyasının sessiyasında iştirak üçün Nyu-Yorkda olan İran nümayəndə heyəti İran və ABŞ prezidentləri arasında görüşün keçirilməsindən imtina edib. İki prezident arasında görüş təklifini Amerika tərəfi edib. Bundan başqa, İran nümayəndə heyəti prezident Həsən Ruhani ilə amerikalı həmkarı Barak Obama ilə görüşün keçirilməsini çox mürəkkəb hesab edib.

Qeyd edək ki, Ruhani daha əvvəl iki ölkə arasında münasibətləri gərginləşdirməməyə çalışdığını və nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti