Rusiyada yaşayış binasında uçqun olub

Rusiyada yaşayış binasında uçqun olub
  22 Dekabr 2017    Oxunub:1540
Rusiyanın İvanovo vilayətinin Yuryevets şəhərində beşmərtəbəli binanın bir hissəsi uçub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 22-də səhər saatlarında baş verib. Sakinlərdən biri divarda əmələ gələn çatları görüb qonşuları yuxudan oyadıb.

Binada yaşayan 54 nəfər evdən çıxıb. Ümumilikdə isə hadisə yerindən 80 nəfər təxliyə olunub.

Prokurorluqdan bildirilib ki, 1978-ci ildə inşa olunmuş binanın təməlində yaranmış çatlar, qurunt və yağış suları çökməyə səbəb olub.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti