Ərdoğan Qüdsə görə Putinə təşəkkür etdi

Ərdoğan Qüdsə görə Putinə təşəkkür etdi
  22 Dekabr 2017    Oxunub:1904
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək BMT Təhlükəsizlik Şurası və Baş Assambleyada Qüdslə bağlı qətnamələrə verdiyi dəstəyə görə təşəkkür edib.
AzVision.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan telefon danışığı zamanı bildirib ki, BMT Baş Assambleyası dünən verdiyi qərarla ABŞ-ın Qüdslə bağlı bəyanatının qeyri-qanuni olduğunu göstərdi.

Qeyd edək ki, ötən gün BMT-nin Baş Assambleyasında Qüdslə bağlı xüsusi sessiya keçirilib. Sessiyada Türkiyə və Yəmənin təqdim etdiyi qətnamə layihəsi ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdən sonra qətnamə səsverməyə çıxarılıb. Səsvermə nəticəsində ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə qəbul edilib. Nəticədə BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Qüds  





Xəbər lenti