İsrail səfiri Bərdəyə səfər edib

İsrail səfiri Bərdəyə səfər edib
  22 Dekabr 2017    Oxunub:2368
İsrailin Azərbaycandakı səfiri Dan Stav Bərdə bölgəsinə ziyarət edib.
İsrailin Azərbaycandakı səfirliyindən AzVision.az-a daxil olan məlumata görə, bununla da səfir Azərbaycanın Cənub-Qərb bölgələrinə səfərini başa vurub.
Səfər çərçivəsində səfir Bərdə İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və onun müavinləri ilə görüşüb.

Hər iki tərəf İsrailin özəl sektoru ilə Bərdənın kənd təsərrüfatı sahəsi arasında geniş əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Səfər çərçivəsində səfir Dan Stav Bərdə Süd emalı müəssisəsi və pambıq fabriki ilə tanış olub. O həmçinin Tarix Diyarşünaslıq muzeyini, İmamzadə türbəsini və Heydər Əliyev parkını da ziyarət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İsrail  





Xəbər lenti