Baş nazirin şəxsi tərcüməçisi Rusiya agenti çıxdı

Baş nazirin şəxsi tərcüməçisi Rusiya agenti çıxdı
  22 Dekabr 2017    Oxunub:1589
Ukrayna polisi baş nazir Vladimir Qroysmanın şəxsi tərcüməçisi Stanislav Yejovu həbs edib.
AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Yejov Rusiya lehinə cəsusluq etməkdə ittiham olunur.

Ukrayna Təhlükəsizlik Xidməti faktı təsdiq edib. Qurumun yaydığı məlumatda bildirilib: "Yüksək vəzifəli tərcüməçi uzun müddətli səfərlər zamanı Rusiya tərəfindən casusluğa cəlb olunub. O, hökumətin aktivləri barədə məlumat toplayıb”.

Yejovun illər öncə ABŞ-ın Ukraynadakı səfirliyində çalışdığı vaxtdan Rusiyaya işlədiyi məlum olub.

Kənan Məmmədyarov
AzVision.az


Teqlər: Rusiya   Agent   Ukrayna  





Xəbər lenti