Zəlzələ nəticəsində yeni ada yarandı

Zəlzələ nəticəsində yeni ada yarandı
  25 Sentyabr 2013    Oxunub:1099
Ölkənin cənub sahilində Ərəb dənizində güclü zəlzələ nəticəsində yeni ada yaranıb.
AzVision.az xəbər verir ki, yeni meydana çıxan kiçik ada sudan Qvadar şəhərindən təxminən 600 metr yuxarı qalxıb.

Xilasedicilər bildirib ki, 80-dən çox adam zəlzələnin qurbanı olub. Bəlucistan əyalət hakimiyyətinin məlumatına görə, zəlzələ nəticəsində 200-dən çox adam həlak olub, 300 nəfər isə xəsarət alıb. Təbii fəlakət bir çox evi dağıdıb. Avaranpo ərazisində tikililərin 90 faizi uçub.

Zəlzələ sentyabrın 24-də Pakistanın cənub-qərbində baş verib. 7,8 bal zəlzələnin episentri Bəlucistanda olub.

AzVision.az


Teqlər:





Xəbər lenti