6 milyarddan çox insan Trampın qərarına qarşıdır

6 milyarddan çox insan Trampın qərarına qarşıdır
  23 Dekabr 2017    Oxunub:1986
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı dünyada milyonlarla insanın etirazı ilə qarşılanıb. Bu səbəbdən BMT-yə üzv dövlətlərin böyük əksəriyyəti dekabrın 21-də Trampın qərarına qarşı qətnaməni dəstəkləyib.
"Anadolu" agentliyinin məlumatına görə, BMT-dəki səsvermədə Trampın qərarına qarşı çıxan ölkələrin əhalisinin sayı dövlətlərin sayı ilə müqayisə olunduqda ortaya maraqlı tablo çıxır.

ABŞ-ın Qüds barədə qərarına qarşı qətnamənin lehinə səs verən 128 ölkənin əhalisinin ümumi sayı 6 milyard 187 milyona çatır. Bu, yer üzündə yaşayan 7,5 milyard insanın 82,5 faizi deməkdir.

Trampı dəstəkləyən 8 ölkənin və ABŞ-ın əhalisinin sayı isə təxminən 380 milyon nəfərdir, yəni dünya əhalisinin cəmi 5,1 faizidir.

Nəzərə alsaq ki, səsvermədə iştirak etməyən 21 ölkədə cəmi 290 milyon nəfər yaşayır ki, bu da dünya əhalisinin 3,8 faizi deməkdir. Səsvermədə bitərəf qalan 35 ölkədə isə 650 milyon insan (dünya əhalisinin 8,6 faizi) yaşayır.

Görünən mənzərə odur ki, dünyada hər 10 nəfərdən 8-i ABŞ-ın qərarına qarşıdır.

AzVision.az


Teqlər: Tramp   Qüds  





Xəbər lenti