Putin gecə saatlarında Şoyqu ilə xokkey oynadı - FOTOLAR

Putin gecə saatlarında Şoyqu ilə xokkey oynadı - FOTOLAR
  23 Dekabr 2017    Oxunub:10362
Rusiya prezidenti Vladimir Putin Kremldə Gecə xokkey liqasının yoldaşlıq oyununda iştirak edib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
“Ötən gün gecə saatlarında Vladimir Putin Qızıl meydanda baş tutan Gecə xokkey liqasının yoldaşlıq oyununda iştirak edib”, - deyə məlumatda bildirilib.

Oyunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.

Qeyd edək ki, Gecə xokkey liqası 15 dekabr 2011-ci ildə prezident Putin və xokkey veteranlarının təşəbbüsü ilə yaradılıb. Liqanın əsas vəzifəsi yaşlı əhalini idmana cəlb etmək, şayba ilə xokkeyi Rusiyada bir nömrəli idman kimi populyarlaşdırmaq, bütün regionları birləşdirəcək həvəskar xokkey liqasının yaradılmasıdır.













Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin   Xokkey  





Xəbər lenti