Ermənistanda yanğın

Ermənistanda yanğın
  25 Sentyabr 2013    Oxunub:1140
Ermənistana məxsus qənnadi fabriki yanıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Yerevanda qənnadi fabriki, erməni-kanada müəssisəsi “Grand Candy”də yanğın baş verib. Bu barədə Ermənistan FHN-nin mətbuat xidmətindən bildirilib.

Yanğın bu gün səhər ikimərtəbəli fabrik binasının birinci mərtəbəsində baş verib. Alov 650 kvadrat metr sahəyə yayılıb. Konfetlər karton qablaşdırmalarda olduğu üçün fabrik tez alışıb. Hadisə yerinə 12 yanğınsöndürən qrup cəlb olunub. Yanğının başvermə səbəbi açıqlanmayıb. Xatırladaq ki, 2008-ci ilin fevralında da fabrikdə yanğın baş vermişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti