Bayramda ətin qiyməti aşağı olacaq - AÇIQLAMA
”Hesab edirik ki, belə yarmarkaların təşkili əhalinin qurbanlıq heyvanlara olan təlabatını ödənməsində xüsusi əhəmiyyətə malikdir və bazardan xeyli dərəcədə aşağı qiymətə olacaq. Bu yarmarkalar Bakının müxtəlif yerlərində təşkil ediləcək və ötən illərdə olduğu bu il qiymətlər bazardan daha ucuz olacaq.
Nazirlik rəsmisi süni qiymət artımı məsələsinə münasibət bildirdi: “Ötən illərin təcrübəsi göstərir ki, yarmarkalar ətin qiymətinin sabit qalmasına, bəzi hallarda hətta bayramdan sonra ətin qiymətinin aşağı olmasına gətirib çıxarır. Artıq hazırlıq tədbirlərinə başlanılıb”.
Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün Azərbaycanda kifayət qədər qurbanlıq qoyunların olması məsələ ilə bağlı danışan A.Əliyev bildirib ki, bu məsələ artıq sahibkarların işidir. “Dövlət qurumları bu tədbiri sahibkarla birgə keçirir. Və hesab edirəm ki, sahibkarlar kifayət qədər qurbanlıq qoyunları yarmarkaya çıxaracaq”.
Qeyd edək ki, bu il müqəddəs Qurban bayramı 15, 16 oktyabr tarixlərinə təsadüf edir. Həftənin çərşənbə axşamı və çərşənbə günlərinə təsadüf edən tarixlər qanunvericiliyə uyğun olaraq, qeyri-iş günüdür.
Sevinc İLTİFATQIZI