Türkiyədə avtobus qəzasında 31 nəfər yaralanıb

Türkiyədə avtobus qəzasında 31 nəfər yaralanıb
  24 Dekabr 2017    Oxunub:2137
Türkiyədə ağır yol qəzası baş verib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Antalyadan Tokata gedən sərnişin avtobusunun aşması nəticəsində 31 nəfər yaralanıb.

Məlumata görə, Konya-Seydişəhər şosesinin 20-ci kilometrində baş verən qəzaya yolun buz bağlaması səbəb olub. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

AzVision.az




Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti