Kadırovun "İnstagram" və "Facebook" hesabları bloklandı

Kadırovun "İnstagram" və "Facebook" hesabları bloklandı
  25 Dekabr 2017    Oxunub:1815
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun "İnstagram" və "Facebook" hesabları bloklanıb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın Kadırova qarşı tətbiq etdiyi sanksiyalardan dərhal sonra onun sosial şəbəkədəki hesabları bağlanıb.

Bildirilib ki, bu, texiniki problem deyil, siyasi məqsədlə atılmış addımdır.

Kadırov buna qarşılıq olaraq "Mylistory" adlı sosial şəbəkə yaradıb. Çeçenistan lideri bundan sonra paylaşımlarını bu şəbəkə vasitəsilə həyata keçirəcək.

AzVision.az


Teqlər: Çeçenistan   Ramzan-Kadırov  





Xəbər lenti