Daha bir ölkə səfirliyini Qüdsə köçürür
“Bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbət etmişik. Əsas məsələlərdən biri Qvatemalanın səfirliyinin Qüdsə qayıtması olub. Xarici işlər nazirinə artıq bu məsələ ilə bağlı öz göstərişlərimi vermişəm”, - deyə Morales bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Doland Trampın Qüdslə bağlı qərarı etirazlara səbəb olub.
Eldar Tanrıverdiyev
AzVision.az