Əsgərlərə tatu qadağan olundu

Əsgərlərə tatu qadağan olundu
  25 Sentyabr 2013    Oxunub:2523
ABŞ ordusunda ayaq, dirsək və boyunda tatuirovkalar etdirmək qadağan ediləcək.
AzVision.az xəbər verir ki, dəyişikliklər ilk növbədə yeni xidmətə başlayan əsgərlərə şamil ediləcək. Çoxdan xidmət edən və tatusu olan əsgərlərə onu saxlamağa icazə veriləcək. Lakin əsgərlər bədənlərində olan tatu barədə əvvəlcədən müdiriyyətə məlumat verməlidir. Əgər tatuirovkalar irqçi və ekstremist məzmundadırsa, hərbi qulluqçular onları öz hesablarına silməyə məcbur ediləcək. Dəyişikliklərin 30-60 gün ərzində nizamnaməyə daxil ediləcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti