Putin yenidən Trampla görüşəcək? - Lavrov açıqladı

Putin yenidən Trampla görüşəcək? - Lavrov açıqladı
  25 Dekabr 2017    Oxunub:1302
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında növbəti görüşün keçirilməsi hələ müzakirə mövzusu deyil.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Növbəti görüşün tarixi hələlik müzakirə olunmayıb”, - deyə Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Putin və Tramp Dananqda ASEAN ölkələrinin sammitində görüşüb, Suriya üzrə birgə vacib bəyanatı təsdiqləyiblər. Bundan sona ölkə başçıları 21 noyabr, 14 və 17 dekabr tarixilərində telefonla danışıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Tramp   ABŞ   Rusiya  





Xəbər lenti