74 yaşlı qadının mədəsindən çıxanlar hamını şoka saldı - FOTO

74 yaşlı qadının mədəsindən çıxanlar hamını şoka saldı - FOTO
  25 Dekabr 2017    Oxunub:2097
Rusiyada Buryatiya sakininin mədəsindən mismar, vint və bolt qaykaları olmaqla bütövlükdə 150 yad cisim çıxarılıb.
AzVision.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, insult keçirən 74 yaşlı qadın xəstəxanaya gətirilib.

Həkimlər onun həyatını xilas etsələr də, təzyiqini aşağı salmaq mümkün olmayıb. Həkimlər onun həzm yolunu yoxlamaq qərarına gəliblər. Endoskopik müayinə zamanı mədədə çoxlu sayda yad cisimlər aşkarlanıb.



Məsləhətləşmələrdən sonra qadın əməliyyat olunub. Nəticədə onun mədəsindən mismar, vint, bolt, armatur qalıqları, qapı şpinqaleti, 15 sm uzunluğunda gümüş boyunbağı çıxıb.

Hazırda qadının vəziyyəti qənatbəxşdir.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti