ABŞ-ın raketləri Rusiyanı ciddi narahat edir

ABŞ-ın raketləri Rusiyanı ciddi narahat edir
  25 Dekabr 2017    Oxunub:1232
Rusiyanın xaricdə hərbi baza yaratmaq məqsədi yoxdur.
AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bir sıra ölkələrdən fərqli olaraq biz hərbi ekspansiyanın tərəfdarı deyilik. Latın Amerikası da daxil olmaqla güc nümayiş etdirmək üçün xaricdə hərbi baza yaratmaq kimi məqsədimiz yoxdur”, - deyə Lavrov vurğulayıb.

Lavrovun fikrincə, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturun artırılması və ABŞ-ın Avropada raket əleyhinə sistemlərinin quraşdırılması Moskvada “dərin narahatlığın” yaranmasına səbəb olur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Lavrov   ABŞ  





Xəbər lenti