Səfər Əbiyev hərbi təhsildən danışıb

Səfər Əbiyev hərbi təhsildən danışıb
  25 Sentyabr 2013    Oxunub:971
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfirləri Campaolo Kutillonu və İrfan Siddiqi qəbul edib.
Görüşlər zamanı hər iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini təbrik edən müdafiə naziri hərbi əməkdaşlığın dərinləşdirilməsi və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Görüşlərdə İtaliya Respublikası və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı hərbi atteşeləri iştirak ediblər.


Teqlər:





Xəbər lenti