Sarkisyan gürcü həmkarı ilə görüşüb

Sarkisyan gürcü həmkarı ilə görüşüb
  25 Dekabr 2017    Oxunub:2011
Gürcüstanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdən sonra hər iki dövlət başçısı media üçün bəyanatla çıxış edəcək.

İki günlük səfər çərçivəsində S. Sarkisyan Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, parlamentin spikeri İrakli Kobaxidze və bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya ilə görüşəcək.

Ermənistan dövlət başçısının Gürcüstanda yaşayan erməni icmasının nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   Gürcüstan  





Xəbər lenti