Rusiyadan Azərbaycana 4 reys dayandırıldı

Rusiyadan Azərbaycana 4 reys dayandırıldı
  26 Dekabr 2017    Oxunub:1327
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Red Wings” aviaşirkətinin Azərbaycana 4 marşrut üzrə uçuş icazəsini geri çağırıb.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Kazan-Bakı, Samara-Bakı, Voronej-Bakı və Ufa-Bakı reyslərinə icazə ləğv edilib.

Bu qərara icazənin daşıyıcı tərəfindən müstəqil şəkildə geri çağırılması səbəb olub.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Təyyarə  





Xəbər lenti