Ermənistanda hər 10 nəfərdən 3-ü yoxsuldur
Gürcüstandakı erməni icmasının internet portalında (armenian-community.ge) Ermənistan əhalisinin acınacaqlı vəziyyəti barədə məlumat yayılıb.
Məlumatda bu göstəricilərin Ermənistan kimi kiçik dövlət üçün fövqəladə təhlükə yaratdığı, hökumətin bu istiqamətdə fəaliyyətinin müsbət nəticə vermədiyi qeyd olunub.
Bununla yanaşı, portalda əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə əksinə çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətlərinin gündən-günə artdığı, inflyasiya həddinin, işsizlik göstəricilərinin yüksəldiyi qeyd olunur və çıxış yolu kimi investisiya yatırımlarının həyata keçirilməsinə ehtiyac duyulduğu bildirilir. Lakin hakimiyyətdə olan Respublika partiyasının buna əhəmiyyət vermədiyi qeyd edilir, parlament üzvlərinin məsələ ilə bağlı əsassız çıxışları sərt tənqid olunur. (AzərTac)
AzVision.az
Teqlər: Ermənistan