“Münaqişə yalnız sülh yolu ilə həll oluna bilər” - Sarkisyan

  25 Dekabr 2017    Oxunub : 1151
“Münaqişə yalnız sülh yolu ilə həll oluna bilər” - Sarkisyan

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər”.

Bunu Ermənistan prezidenti S.Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.

Sarkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub.

G.Marqvelaşvili öz növbəsində deyib ki, regionda bütün çətin məsələlər beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır. (APA)

AzVision.az

Teqlər: Ermənistan   Sarkisyan   Qarabağ