Putinin rəqibi prezident ola bilməyəcək

Putinin rəqibi prezident ola bilməyəcək
  26 Dekabr 2017    Oxunub:1685
Rusiyanın müxalifət lideri Aleksey Navalnının prezidentliyə namizədliyi qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Navalnının bundan əvvəl haqqında cinayət işinin açılması və həbs edilməsinə görə, o, seçkiyə qatıla bilməz.

Qeyd edək ki, Rusiyada gələn il 18 martda prezident seçkilәri keçiriləcək. Rəy sorğularına əsasən, prezidentliyə real namizəd hazırki ölkə rəhbəri Vladimir Putindir.

AzVision.az


Teqlər: Rusiya   Seçki   Prezident   Müxalifət  





Xəbər lenti