Azərbaycanlı milyarderlər “Olimpiskiy” kompleksini alıb

Azərbaycanlı milyarderlər “Olimpiskiy” kompleksini alıb
  26 Dekabr 2017    Oxunub:11805
Azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyeva məxsus “Kiyevskaya ploşad” şirkəti iş adamı Musa Bajayevin “Olimpiskiy” idman kompleksini satın alıb.

AzVision.az “Forbes Russia”-ya istinadən xəbər verir ki, alqı-satqı barədə razılaşma 2017-ci ilin dekabrında baş tutub. Razılaşmağın məbləği hələlik açıqlanmayıb.
“Olimpiyskiy”nin yeni sahibləri idman kompleksinin yenidənqurma işlərinə 300 – 400 milyon dollar ayırmağı planlaşdırır.

Qeyd edək ki, “Sülh prospekti” metrosunun yaxınlığında yerləşən “Olimpiyskiy” kompleksi 1980-cı ildə Moskvada keçirilən Olimpiya Oyunları üçün tikilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti