Oğurluq edən məşhur müğənni həbs edilib

Oğurluq edən məşhur müğənni həbs edilib
  26 Dekabr 2017    Oxunub:1506
Amerikalı məşhur müğənni və aktrisa Lainie Kazan həbs olunub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, onun həbsinə səbəb marketdən oğurluq etməsidir.

Marketə alış-veriş üçün gedən aktrisa oradan çıxarkən 180 dollar dəyərində məhsul oğurlayıb. Satıcılar tərəfindən tutulan 77 yaşlı müğənni işçilərdən üzr istəsə də, polis onu həbs etməli olub.

Qeyd edək ki, 1939-cu ildə New York-da dünyaya gələn Kazan 1960-cı ildən indiyədək onlarla film və seriala çəkilib. O, 1982-ci ildə “My Favorite Year” filmi ilə “Qızıl Kürə”, 1988-ci il istehsalı "St. Elsewhere” filmi ilə isə “Emmy” mükafatına namizəd olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Müğənni   Həbs  





Xəbər lenti