Gürcüstanın 57 yaşlı səfiri Vyanada ölüb

Gürcüstanın 57 yaşlı səfiri Vyanada ölüb
  26 Dekabr 2017    Oxunub:1491
Gürcüstanın Avstriyadakı səfiri, 57 yaşlı diplomay Konstantin Zaldastanişvili vəfat edib.

AzVision.az “Qruziya Online”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidze öz “Facebook” səhifəsində yazıb.
Gürcü nazir səfirin yaxınlarına başsağlığı verib. Diplomatın hansı səbəbdən öldüyü məlum deyil.

Qeyd edək ki, Konstantin Zaldastanişvili 18 iyun 2013-cü ildən indiyədək Gürcüstanın Avstriyadakı səfiri vəzifəsini icra edib. O, həmçinin Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilatın daimi nümayəndəsi, həmçinin Vyanada mənzil qərargahı yerləşən beynəlxalq təşkilatlarda Gürcüstanın nümayəndəsi olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Gürcüstan   Səfir  





Xəbər lenti