Erməni generalın Azərbaycan qorxusu: “Bunu etsək, böyük itkilərimiz olacaq”

Erməni generalın Azərbaycan qorxusu: “Bunu etsək, böyük itkilərimiz olacaq”
  26 Dekabr 2017    Oxunub:8131
"O, mövqelər çox ciddi mövqelər idi. Təəssüf ki, onları itirmişik".
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalistin suallarını cavablandıran ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan deyib.

Ermənistanın Şirak (Qonaqqıran-red.) vilayətinin dövlət universitetinin qonağı olan general-mayor Arkadi Ter-Tadevosyan aprel döyüşlərində Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi mövqelərin strateji və ciddi mövqelər olduğunu etiraf edib.

"Bu məqamda mövqeləri geri qaytarmaq lazım deyil. O, mövqelər çox ciddi mövqelər idi. Çox təəssüf ki, onları itirmişik. Lakin mövqeləri qaytarmaq istəsək, böyük itkilərimiz olacaq. Hazırda yeni mövqelər yaratmalıyıq və yaradırıq", - deyə Tadevosyan bildirib.

AzVision.az


Teqlər: Ermənistan   General   Qarabağ  





Xəbər lenti