İsrailin yeni planı - 10 ölkə səfirliyini Qüdsə köçürəcək

İsrailin yeni planı - 10 ölkə səfirliyini Qüdsə köçürəcək
  26 Dekabr 2017    Oxunub:9017
İsrail səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmək istəyən 10-a yaxın ölkə ilə danışıqlar aparır.
AzVision.az xəbər verir ki, bunu “İsrail radiosu”na açıqlamasında İsrail xarici işlər nazirinin müavini Tzipi Hotovely deyib.

Nazir müavini ad çəkmədən bildirib ki, bəzi Avropa dövlətləri bu addımı atmaq niyyətindədir: “Bu, hələ başlanğıcdır. ABŞ-dan sonra Qvatemala da səfirliyini Yerusəlimə (Qüds) köçürəcəyini bildirib. Hesab edirəm ki, digər ölkələr də bu addımı atacaqlar”.

“İsrail radiosu”nun əldə etdiyi məlumata görə, Hondursa, Cənubi Sudan və Rumuniya səfirliklərini Qüdsə köçürmək istəyir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İsrail   ABŞ   Qüds  





Xəbər lenti